Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud aktyoru ağzındakı peçenyəni nəhəng ayıya verdi - Video

Hollivudun məşhur aktyoru Ceyson Mamoa təhlükəli fəndi ilə gündəmə gəlib.

Çəkildiyi “Bax” serialı üçün ayı ilə döyüş səhnəsindən əvvəl Mamoa üç metrlik nəhəng ayıya “Oreo”nu ağzından yeməyə icazə verib.

Momoa “Apple Music Beats” şousundakı reportaj zamanı ayı ilə təcrübəsindən bəhs edib.

“Ayı ilə mübarizə aparmaq üçün çox məşq etməli idim. Doqquz metr hündürlükdə olan Kodiak ayısı idi. İnanın, çox diqqətlə baxacaqsınız”, – deyə Mamoa verilişin aparıcısı Culia Adenuqaya proqram əsnasında bildirib.

Yayımladığı videonu Hollivud ulduzu belə şərh edib:

“Ayı sizin qoxunuzu bilməlidir”. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »