Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Həsən Ruhani: "İran nüvə proqramı üzrə yeni mərhələyə başlayır"
Həsən Ruhani

Noyabrın 6-dan etibarən İran nüvə proqramı üzrə öhdəliklərinin azaldılmasının yeni mərhələsinə başlayır və Fordoda yerləşən obyektdə yeni sentrifuqaları istismara buraxacaq.

Bu bəyanatla noyabrın 5-də ölkə Prezidenti Həsən Ruhani çıxış edib.

Dövlət başçısı deyib: “Sabah İran nüvə proqramı üzrə öhdəliklərinin azaldılması üzrə dördüncü addımı atmağa başlayacaq. Yeni mərhələyə Fordoda sentrifuqalara qaz vurulması ilə start veriləcək”.

Həsən Ruhani əlavə edib ki, İran nüvə proqramının iştirakçılarına sazişin şərtlərinə qayıtmaq üçün iki ay vaxt verir. “”Öhdəliklərin azaldılmasına dair İranın atdığı bütün addımlar geri çəkilə bilər”, -deyə Prezident vurğulayıb.

2015-ci ildə ABŞ və Avropa ölkələri ilə imzalanmış sazişin şərtlərinə görə, İran Fordoda yerləşən sabit izotopların istehsalı obyektini modernləşdirməli idi. Nəzərdə tutulurdu ki, bu müəssisənin rekonstruksiyası onun hərbi məqsədlər üçün istifadəsinin qarşısını alacaq. Lakin Vaşinqtonun ötən ilin mayında sazişdən çıxmasından və Tehrana qarşı sanksiyalar tətbiqindən sonra İran da öhdəliklərini azaltmağa başlayıb. (Virtualaz.org)

Paylaş »
››› Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
››› Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
››› Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - Video
››› Ata Abdullayevin diplomatik pasport qalmaqalı
››› Prezidentə müraciət edən vətəndaşın borcunun silinməsi barədə bankdan açıqlama - Video
Son xəbərlər
Bütün xəbərlər »