Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Onun əgər vicdanı olsaydı..." - Namiq Abdullayevdən Elçin Əlibəylinin iddiasina cavab
Namiq Abdullayev

Teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.

Elçin Əliyəyli

Aparıcı sonradan statusunda dəyişiklik edərək onu döyənin Namiq Abdullayevin qardaşı Natiq Abdullayev olduğunu qeyd edib.

Məsələ İlə bağlı olimpiya çempionu Namiq Abdullayev Bizimyol.info-ya bildirib ki, o, Elçin Əlibəylini tanımır.

“Mənə aid olmayan məsələdir. Onun əgər vicdanı olsaydı, mənə aid olmayan məsələyə görə mənim adımı çəkməzdi. Nə olub xəbərim də yoxdur”- deyə N.Abdullayev bildirib.

Olimpiya çempionu deyib ki, onun həmin qardaşı ilə münasibətləri isti deyil: “Mənim həmin qardaşımla aramda soyuqluq var. Mən onunla danışmıram. Onun nə xeyrinə, nə də şərinə gedirəm. Onun işinə, biznesinə mən qarışmıram. Mən qarışqaya zərər gətirmirəm. Heç kimin haqqına girməyən adamam. Qanun da var, hər şey də var. Kimdən şikayətin var, elə, haqqını da tələb elə. Mən qardaşımın dalınca gələn deyiləm. Haqqın tərəfdarıyam. Özüm də hüquq mühafizə orqanında işləyirəm”.

Ramid İbrahimov, Bizimyol.info

Paylaş »
››› Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur?
››› Ən çox hansı bürcdən olanlar yaşayır...
››› Deputat kürkünü geyinib küçəni süpürdü, tənqid edildi
››› Prokuror: "Almaniyada saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir"
››› Məktəb direktoru ilə müəllim arasında konflikt – Müəllimə şiddətli töhmət verilib
Son xəbərlər
Bütün xəbərlər »