Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Natiq Cəfərli: “Müsavat partiyasının dəyirmi masası məndə ciddi suallar yaradıb”
Natiq Cəfərli

Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

Bizimyol.info xəbər verir ki, tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Arif Hacılı bildirib ki, REAL sədri İlqar Məmmədov dəvət alsa da , müzakirələrə qatılmayıb.

REAL partiyasının həmtəsisçisi , iqtisadçı, politoloq Natiq Cəfərli Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, İlqar Məmmədli hazırda xaricdə olduğu üçün müzakirədə iştirak edə bilməyib. Tədbirdə iştirak üçün məhz İlqar Məmmədova dəvət göndərildiyindən partiyanın başqa nümayəndələri bu müzakirələrə qatılmayıblar. Natiq Cəfərli qeyd edib ki, REAL partiyası bu müzakirələrin əslində başqa bir formatda təşkilini təklif edib.

“ REAL sədri İlqar Məmmədov təklif etdi ki, seçkilər və gələcək fəaliyyətlə bağlı sənəd üzərində işlənməsi normal olar. O dünəndən Avropa Şurasının dəvəti ilə Fransadadır. Buna görə müzakirələrə qatılmadı. Biz təklif etdik ki, müzakirələr ümumi ictimi siyasi məsələlər üzərində olmasın. Bunu onsuz da hamı bilir , dəfələrlə deyilib.Hələlik hansı müzakirənin aparılmasından xəbərsizəm. Amma bir vətəndaş kimi məndə bu foma bu formatın gələcəyi və iştirak tərkibi ilə bağlı ciddi suallar yaranıb. Bu sualların cavabını tapmağa çalışacam”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Alim Azərbaycana Rusiya və Türkiyədən həkim çağırılmasına etiraz edir
››› Baş Prokurorluq əsgər ölümü ilə bağlı açıqlama verib
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »