Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Pənah Hüseyn: “Döyüşən, söyüşən qüvvələr bir araya gəlməlidir”
Muxalifet

Bu gün Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

Bizimyol.info xəbərt verir ki, tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.

AXP sədri Pənah Hüseyn çıxış edərək bildirib ki, bu tədbiri qeyri hökumət səviyyəsində 19 yanvar, 19 oktyabr mitinqlərindən sonra üçüncü mühüm siyasi hadisəsidr. Ölkədə gərgin siyasi vəziyyət olduğunu söyləyən partiya rəhbəri deyib:

“Çıxış yolu nədir? Çıxış yolu Azərbaycan cəmiyyətinin ictimi siyasi fəallığının artması və kütləviləşməsidir bu günkü tədbir də bu məqsədə xidmət etməlidir. Məncə biz bir araya gəlmişiksə bu məqsədə nail olacağıq. Bir biri ilə döyüşən v söyüşən qüvələr bir araya gəlməlidir, lazımdırsa müxalifət sözündən imtina edək, milli azadlıq qüvvəsi olaq, açıq çıxış edən bir gücə çevrilək. Biz buna nail olmalıyıq.Hörmətli təşkilatçı, arzu edirəm daha geniş tərkibdə görüşək.

Bizim qırmızı cizgilərimiz var. Biz müxalifət olaraq da iqtidar olaraq da fikir ayrılığına malikik. Hansı məsələdə mümkündür bir ortaq mərkəzə gələk. Hesab edirəm ki, iqtidar komandasında gedən dəyişiklikləri izləmək lazımdır. Ölkənin siyasi siması iqtidar – müxalifət münasibətlərinin formasınndan ibarətdir. Mən düşünürəm ki, ölkədə hakimiyyət dəyişikliyi edəcək ,uşaq pulu verəcək, Qarabağı qaytaracaq, sağlam mühit yaradacaq güclər formalaşmalıdır”,- deyə o bildirib.

Bizimyol.info

Paylaş »
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı
››› 28-ci polis bölməsində zəngə uşaq cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »