Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət qüvvələri dəyirmi masada toplaşdı - Video

Bu gün Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbir Müsavat Partiyası başqanının təşəbbüsü ilə keçirilib.

Tədbirin mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər. Görüşdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edib.

Arif Hacılı qeyd edib ki, Sərdar Cəlaloğlu Vaşinqtonda olduğu üçün tədbirə qatılmayıb. ReAL partiyasının sədri İlqar Məmmədov bu görüşü dəstəkləsə də xaricdə olduğu üçün gəlməyib, gələcək müzakirələrə qatılacağını bəyan edib. Dəyirmi masada çıxış edən keçmiş səhiyyə naziri Əli İnsanov hakimiyyəti kəskin tənqid edərək bu kimi müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. Bununla belə sabiq nazir belə müzakirələrə həddən çox partiya nümayəndəsinin yığılmasının əleyhinə olduğunu bildirib. “Müzakirələrə qatılan insanların sayı çox olanda müzakirə ağır gedir, otaq nəticəyə gəlmək olmur. Mən Uqanda prezidentini xatıprlatmaq istəyirəm o, 2000-dən çox müxalifətçini ö-z əli ilə qətlə yetirmiş və siyasi rəqiblərini bişirib yemişdi.

Qərb dünyasının qorxusu olmas bu gün Azərbaycanda da eyni hallar təkrasrlana bilər” deyə o bildirib. Millət vəkili E.Nəsirov həm bu tədbirə, həm də radikal müxalifətin Vaşinqtonda keçirdiyi konfransa münasibət bildirərək qeyd edib, sapı özümüzdən olan baltalar bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilirlər. “Xalqımız da bunu görür, onların dönük olduğunu deyir”, - deyə E.Nəsirov qeyd edib. “Radikal müxalifət ermənidən çox erməni olmaq niyyətini ortaya qoyub”,- deyə o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »