Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ekspert Elman Rüstəmovu ittiham etdi – “Problemləri özündə görmür”
ELMAN

İqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın sədri Elman Rüstəmovu və Mərkəzi Bankın fəaliyyətini tənqid edib.

Natiq Cəfərli Natiq Cəfərli

“Banklar bir-birlərinə etibar etmirlər

- Azərbaycanda banklararası pul bazarının aktivləşməsi və genişlənməsi üçün bank sektorunda qarşılıqlı etimad gücləndirilməlidir

- Bank sektorunda həssaslıqlar var. Bu həssaslıqlar aradan qaldırılmalıdır və bank sektorunda qarşılıqlı etimad gücləndirilməlidir

- Təminatsız bazar deyilən bu bazar bir çox ölkələrdə yüksək inkişaf edib. Çünki olduqca yüksək etibar, sağlam bank sistemi var. (Bizdə yoxdursa, deməli bank sistemi sağlam deyil)

Mən hələ tələbə idim, Elman müəllim isə artıq ölkənin bank sisteminin formalaşmasında mühim rol oynayırdı. Müstəqillikdən üzü bəri bank sisteminin tənzimlənməsinə cavab verən şəxs də məhz Elman müəllimdir. Söz yox ki, adam peşəkardır, amma səsləndirdiyi problemlər nəticədir, səbəb isə həm də bu seqmentdə oyun qaydalarını quran, tənzimlənməni həyata keçirən Mərkəzi Bankdır.

Yəni, buna dəbdir ki, hamı öz işindən olan, özünün həll etməli olduğu problemlərdən şikayətçi olur?!

Təsəvvür edin ki, siz bir layihə rəhbərisiniz, qərarları siz verirsiniz, layihə uğursuz olur, siz də çıxıb layihənin uğursuzluğundan danışırsız, amma məsuliyyətini qəbul etmirsiniz, günahı, məsələn, pis havada, günəşdə baş vermiş partlayışda, qonşuda uşağın ağlayaraq sizə məne olmasında, sevimli futbol komandanızın uduzmasında, qaynanızın deyinməsində - hər şeydə görürsünüz, amma bir dəfə də səbəblərə toxunmursunuz, sizcə belə izah ciddi qəbul olunarmı?”,- deyə o bildirib.

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› ABŞ senatorları şərt qoydular – Türkiyəyə qısa müddətdə cavab verilməlidir
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
Son xəbərlər
Bütün xəbərlər »