Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
SOCAR AÇG və BTC-yə yeni səhmdarın daxil olmasını müsbət qarşılayır
socar

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın MOL şirkətinin ABŞ-ın “Chevron” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrindəki payının alınması ilə bağlı sazişi müsbət qarşılayır.

Bizimyol.info xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Azərbaycandakı layihələrdə yeni regiondan-Mərkəzi-Şərqi Avropadan şirkətin təmsil olunması müsbət haldır. Bu, yeni əməkdaşlıq imkanları açır. MOL şirkəti kifayət qədər nüfuzlu şirkətdir”.

O qeyd edib ki, yeni sazişin layihələrdə hökuməti təmsil edən SOCAR tərəfindən üç ay müddətində təsdiqi gözlənilir.(Report)

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› “40 yaşlı xəstəmizi itirdik, artıq yaşa baxmır” - Video
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Bu templə karantin rejimi heç payızda da bitməyəcək” - Həkim
Son xəbərlər
Bütün xəbərlər »