Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yollardakı su səkilərdəki piyadaları isladır – Video

Paytaxt Bakıda 2 gündür yağan güclü yağış avtomobillərə və piyadalara çətinliklər yaradıb. Gecə saatlarında yağan intensiv yağış şəhərin bir sıra ərazilərində yolların su ilə dolmasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, belə yollardan biri paytaxtın Koroğlu Rəhimov küçəsi və Fətəli xan Xoyiski küçəsidir. Bu ünvanlarda yollardakı çökəklərə dolan yağış suyu piyada səkisi ilə hərəkət edən insanlara çətin anlar yaşadıb. Belə ki, avtomobilin təkərləri altından sıçrayan yağış suları piyadaları isladıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəçəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Yollardakı yağış sularının səkilərdəki piyadanı islatmasını göstərən videogörüntünü təqdim edirik:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »