Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisdə büdcə müzakirələri başlayıb
milli_meclis_esas_0478

Bu gündən Milli Məclisdə 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılıb.

Bizimyol.info xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya və İctimai birliklər və dini qurumlar komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

İclasda Milli Məclisin komitə sədrləri və deputatları ilə yanaşı, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, " 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat nəzərdə tutulur. Gələn ilin icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.(apa)

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› ABŞ senatorları şərt qoydular – Türkiyəyə qısa müddətdə cavab verilməlidir
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
Son xəbərlər
Bütün xəbərlər »