Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Real” yeni transfer üçün rekord məbləğ ödəməyə hazırlaşır

Mövsümün əvvəli göstərdi ki, “Real” üçün Çempionlar Liqasında və İspaniya çempionatında uğur qazanmaq asan olmayacaq. “Çelsi”dən Eden Azar transfer edilsə də, heyətdə sanki çox vacib oyunçu çatmır.

Bizimyol.info xəbər verir ki, “Real” boşluğu aradan qaldırmaq üçün rekord məbləğ ödəməyə hazırlaşır. “Sky Sports”un məlumatına görə, Madrid klubu heyətini “Mançester Siti”nin futbolçusu ilə gücləndirmək fikrindədir. “Real” Rahim Sterlinqə görə rekord 222 milyon avro həddini aşmağı gözə alıb. Hərçənd, başqa variantlar da var.

Əsas müzakirə olunan variant “Mançester Siti”yə 70 milyon funt sterlinq (təxminən 90 milyon dollar) və Qaret Beyli verməkdir. Amma iş orasındadır ki, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola uelsli futbolçunun oyununu bəyənmir.

“Real” rəsmiləri Sterlinqin oyununu görmək üçün İngiltərinin Monteneqro və Kosovo ilə qarşılaşmalarına baxmışdı. Klubun prezidenti Florentino Peresin fikrincə, gələcəkdə Rahimin qiyməti yalnız yüksələcək, buna görə də transferi gerçəkləşdirmək lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »