Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmamoğlunun mühafizəçiləri döydükləri vətəndaşdan şikayətçidirlər - Video

İstanbul Bələdiyyə Sədri Əkrəm İmamoğlunun mühafizəçiləri Beylikdüzündə, işıqforda ailəsinin gözləri önündə döydükləri vətəndaşdan şikayətçi olublar.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlunun mühafizəçiləri vətəndaşa öncə silah çəkiblər, sonra isə döyüblər.

Belə ki, tıxac zamanı S.A və İmamoğlunun iki mühafizəçisi bir qədər mübahisə ediblər. Daha sonra S.A-nın idarə etdiyi avtomobil mühafizəçilərin avtomobilinin güzgüsünü qırıb. Bu səbəbdən hər iki mühafizəçi S.A-nın avtomobilinin önünü kəsərək həyat yoldaşı və uşağının gözləri önündə onu döyüblər.

Qeyd edək ki, "Büyükçekmece Asayış Büro"da ifadə verən hər iki tərəf biri-birindən şikayətçi olub.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »