Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı ustadın israilli tələbəsi, məşhur kamança ustası Bakıya gəlir
Mark Eliyahu

Məşhur kamança ustası Mark Eliyahu Bakıda və Gəncədə konsert verəcək.

1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın Eliyahu məşhur musiqisi Piris Eliyahunun oğludur.

Bakıdakı "United Cultures" təşkilatından Bizimyol.info-ya verilən məlumata görə, 14-15 noyabr 2019-cu il tarixlərində məhşur kamança ustası Mark Eliyahu Qafqaz turu çərçivəsində Bakı və Gəncə şəhərlərində, 17 noyabr tarixində isə Tbilisidə konsert proqramı ilə çıxış edəcək. Qafqaz regionunun digər şəhərlərindən avtobusla tur edəcək musiqiçi şəhər və kəndlərdə yol boyunca dayanacaq, meydanlarda, küçələrdə əhali ilə görüşəcək və Azərbaycan muğamını regionda təbliğ edəcək.

Bakılı pərəstişkarları isə Markın konsert proqramını "Elektra Hall"da izləyə biləcək.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› ABŞ senatorları şərt qoydular – Türkiyəyə qısa müddətdə cavab verilməlidir
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
Son xəbərlər
Bütün xəbərlər »