Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada polkovnik Elcarkiyevdən işgəncələrə görə qisas alıblar? - "Deyirdi ki burada qanun bizik" - Video

Rusiya DİN-in İnquşetiya üzrə ekstremizmlə mübarizə Mərkəzinin (“E” idarəsi) rəhbəri İbrahim Elcarkiyevin qətlinin motivi onun başçılıq etdiyi idarədə hökm sürən işgəncələr ola bilər.

Bu barədə “Moskovskiy komsomolets” öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, hüquq müdafiəçiləri “E” idarəsində saxlanılanlara qarşı işgəncələr tətbiq edildiyi barədə çoxsaylı şikayətlər alırdılar. Hətta bir işgəncə faktına görə cinayət işi qaldırılıb, amma Elcarkiyevin əməkdaşlarından heç kim tutulmayıb. İşgəncələrdən zərər çəkənlərdən birinin dediyinə görə, İbrahim Elcarkiyev ona belə deyirdi: “Burada yeganə qanun bizik. Heç kim bizə hakimlik edə bilməz”.

“E” idarəsinin keçmiş rəisi Timur Xamxoyev 2017-ci ildə həbs edilib. O, azərbaycanlı biznesmenə işgəncə verməkdə təqsirləndirilmişdi. Lakin Xamxoyevdən sonra da həmin idarədə işgəncə praktikası davam edib. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »