Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
4 noyabr tarixinə hava proqnozu
Buludlu hava

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimyol.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Paylaş »
››› 57 yaşı var, qocalmır - Fotolar
››› Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur?
››› Gənc qızı öldürüb paylaşım etdi - "Bitdi: 13:47" - Foto
››› “Barselona”nın əsas heyət oyunçusu Messi ilə yola getmir: Klubu tərk etmək qərarı verib
››› Kənddə pul müəmması: Küçəyə pul bağlamasını atıb gedirlər
Son xəbərlər
Bütün xəbərlər »