Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Moskvada "Bakı" kinoteatrını sökürlər - Foto
Bakı kinoteatrı

Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb.

Bizimyol.info xəbər verir ki, sovetlər dövründən fəaliyyətdə olan və Rusiya paytaxtının prestijli rayonlarından birində, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən "Bakı" kinoteatrının sökülməsinə başlanılıb.

Kinoteatrın yerləşdiyi binada "Bakı" adlı Azərbaycan restoranı da fəaliyyət göstərib. Artıq bir neçə gündür ki, ağır texnika "Bakı" kinoteatrının yerləşdiyi binanı sökməyə başlayıb.

Sökülən binanın yerində yeddimərtəbəli yeni ticarət mərkəzi tikiləcək. Ticarət mərkəzində beş mərtəbə yerin üstündə, iki mərtəbə isə yerin altında olacaq. "VTB" bankına məxsus bu mərkəzin 2000 kv/m-i yenə azərbaycanlı iş adamlarına icarəyə veriləcək. Həmin 2000 kv/m ərazidə yenidən "Bakı" kinoteatrı açılacaq. Bundan başqa bu məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.

Bakı kinoteatrı Bakı kinoteatrı

Qeyd edək ki, Moskvadakı "Bakı" kinoteatrı 1974-cü ildə memarlar İ.Volkov, E.Smolina və L.Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.(apa)

Paylaş »
››› Nərminin qətlində təqsirləndirilən İlkin: “Mən eləməmişəm, döyürdülər, “tok”a verirdilər”
››› Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verib
››› Arvadının rəfiqəsi ilə paylaşdığı sirri öyrənən ər dərhal boşandı
››› Kişilərin çox gözəl saydığı 15 qız - Fotolar
››› İlkin Süleymanov özünü təqsirli bilmir - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »