Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadını evində saxladığı it və pişikləri parçalayıb yeyiblər

İstanbul şəhərində yaşayan 42 yaşlı Melike Okutucu kirayə yaşadığı evdə ölü tapılıb.

Bizimyol.info türkitə mətbuatına istinadən xəbər verir ki, ev beyvanları ilə birgə yaşayan qadın 3 aylıq kirayə ödəməməsi və telefon zənglərinə cavab verməməsindən şübhələnən ev sahibi qonşusuna məlumat verərək ondan evi yoxlamasını xahiş edib.

Qonşunun evindən pis qoxular gəldiyini bildirməsi ilə dəhşətli bahisəni üstü açılıb.

Belə ki, ev sahibi polisə müraciət edib. Polisin müşayiəti ilə çilingər qapını sındırıb evə daxil olduqda M.Okutucunun öldüyü məlum olub. O da məlum olub ki, sahibləri öldükdən sonra onun cəsədinin evdə saxladığı bir it və üç pişik tərəfindən parçalanıb. Qadının meyiti parçalandığı üçün polis ölümün səbəbini müəyyənləşdirə bilməyib.

M.Okutucunun qohumları isə son vaxtlar onun psixoloji problemləri olduğunu, bu səbəbdən də Melikenin intihar edə biləcəyini ehtimal edirlər.

Polisin məlumatına görə, qadın öldükdən sonra evdə qapalı vəziyyətdə qalan it və pişiklər ac olduqları üçün onun cəsədi ilə qidalanıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »