Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Səbail” – “Keşlə” oyununda qol vurulmayıb

Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Bizimyol.info xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Paytaxt derbisində “Səbail”lə “Keşlə” görüşüb. Liderlərin iki ən yaxın izləyicisinin duelində qalib müəyyənləşməyib. Qolsuz heç-heçədən sonra “Səbail”in qələbəsiz, “Keşlə”nin məğlubiyyətsiz oyunlar seriyası 6-ya çatıb.

Qeyd edək ki, turun ilk günündə liderlərin iştirakı ilə keçirilən “Neftçi” – “Qarabağ” matçında qol vurulmayıb. Sabah daha iki görüş baş tutacaq. “Qəbələ” “Sabah”ı, “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

X tur

2 noyabr (şənbə)

“Səbail” – “Keşlə” – 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: İlham Əliyev

“ASCO Arena”, 16:00(apa)

Son xəbərlər
Bütün xəbərlər »