Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Xalq artistini təltif etdi - Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yalçın Vasif oğlu Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Azərtac məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilib.

Yalçın Adıgözəlov

Qeyd edək ki, Y.Adıgözəlov dirijor, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artistidir.

Noyabrın 4-də Y.Adıgözəlovun 60 yaşı tamam olur.

Son xəbərlər
Bütün xəbərlər »