Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Bir xal bizə lazım idi"
qurban-0-0

"Çətin və maraqlı oyun oldu. Meydanda güclü mübarizə gördük. Bir xal bizim üçün lazım idi. Rəqib istəkli oynadı. Futbolçularımızdan razı qaldım".

Bu sözləri "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov Premyer Liqanın X turundan səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, bugünkü matçda komandası yaxşı mübarizə aparıb: "Son 10 gündə 3-cü oyunumuzdur, istər-istəməz yorğunluq vardı. Lakin "Neftçi" də istəkli idi, qələbə qazanıb xal fərqini azaltmaq istəyirdilər. İkinci hissədə yorğunluq öz sözünü dedi".

Qurbanov Xayme Romeronun sabahdan komanda ilə tam şəkildə məşqlərə başlayacağını bildirib. O, ispaniyalı yarımmüdafiəçinin APOEL ilə Kiprdəki Avropa Liqası matçında "18-lik"də yer alacağını bildirib.

Baş məşqçi oyunun sonlarında əzələsini dartan Mahir Emrelinin zədəsinin ciddi ola biləcəyini vurğulayıb.

Qurbanov APOEL-in baş məşqçisi Tomas Dollun istefa verməsinə də münasibət bildirib: "İstefası qəbul olundumu? Xəbərim yoxdur. Dəyişiklik olanda, komanda daha yığcam olur. Bu barədə qəti düşünmürük. Əsas öz hazırlığımızdır". (Report.az)

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› ABŞ senatorları şərt qoydular – Türkiyəyə qısa müddətdə cavab verilməlidir
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
Son xəbərlər
Bütün xəbərlər »