Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” vacib oyunçusunu satmağa hazırlaşır

Arturo Vidal “Barselona”da pis təsir bağışlamır. Buna baxmayaraq, Kataloniya klubu çilili futbolçunu satmağa hazırlaşır.

Bizimyol.info xəbər verir ki, Vidalı “İnter” heyətinə cəlb etmək istəyir. İtaliya təmsilçisi yarımmüdafiəçini icarəyə götürmək fikrindədir. Çünki transfer pəncərəsi bağlanıb, indi keçidi yalnız bu cür rəsmiləşdirmək mümkündür. Amma “İnter” transfer məbləğini ödəməyə də razıdır.

“Barselona” keçidin əleyhinə deyil. Kataloniya klubu Vidalı 15 milyon avro dəyərləndirir.

32 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitir. Vidal burada pis oynamasa da, getmək fikrinə düşüb. Çilili “İnter”də əsas heyətdə daha çox görünəcəyini fikirləşir.

Vidal bir müddət əvvəl Çinin “Şanxay Telleys” klubuna yox demişdi. Asiyalılar 2 illik müqavilə üçün 20 milyon avro ödəməyə hazır idi.

Son xəbərlər
Bütün xəbərlər »