Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məşq zalına nə vaxt gəlsən, Ronaldo oradadır”

Kriştiano Ronaldo bir müddət əvvəl bütün karyerası ərzində vurduğu qolların sayını 700-ə çatdırdı. 34 yaşlı portuqaliyalı futbolçu dayanmaq fikrində deyil. Ronaldo azı 4-5 il oynayacağını bildirir.

Bizimyol.info xəbər verir ki, yaxın keçmişin məşhur futbolçularından olan Karlos Teves Ronaldonu tərifləyib. İndi “Boka Xuniors”da oynayan argentinalı portuqaliyalı futbolçunun həmişə öz üzərində işlədiyini deyib.

“O, bütün gününü məşq zalında keçirir. Çox inadkardır. Məşq səhər 9-da başlayanda mən saat 8-də zala gəlirdim. Ronaldo artıq orada olurdu. 07.30-da gəlməyi də yoxladım. Ronaldo yenə yerində idi. Bir dəfə hətta 06.30-da özümü bazaya yetirdim. Ronaldo gəlmişdi, sadəcə, bir az yarıyuxulu görünürdü”, - Teves danışıb.

Teves 2007-2009-cu illərdə portuqaliyalı ilə birlikdə “Mançester Yunayted”də oynayıb.

Son xəbərlər
Bütün xəbərlər »