Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yağış Tağıyev küçəsində qəza şəraiti yaradıb – Video

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti nəticəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsində nəqliyyatın hərəkəti çətinləşib.

Bizimyol.info-ya müraciət edən sakin Həsən Sultanov bildirib ki, yağan yağışın fonunda yolun yararsız vəziyyətdə olması və drenaj sisteminin olmaması nəticəsində yolda qəza şəraitini yaradıb.

“Yollardakı çala-çökəklər yağış suları ilə dolub. Bu da yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur. Yollara yığılan yağış suları ətrafdakı evlərin həyətlərinə də dolub”-deyə vətəndaş Həsən Sultanov bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib ki, yağış sabah da davam edəcək. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »