Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda tuneli su basdı, maşınlar batdı - Video

Gecədən yağan yağışlar nəticəsində Bakının Sabunçu rayonunda yeni tikilən tuneldə maşınlar yenə tuneldə qaldı.

Bizimyol.info xəbər verir ki, tunel 1 metrə qədər yağış suyu ilə dolub. Paytaxt mərkəzi ilə Sabunçu qəsəbəsini birləşdirən bu yoldakı tunel dəmir yol xəttinin altında keçir. Bir neçə ay əvvəl burada təmir işləri yekunlaşıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə “Körpü Bina Tikinti” MMC tərəfindən tikilən tuneldə keçid çətinləşib.

Mütəxəssislər tuneldə yağış sularının axıdılması üçün kollektorların, iki nasosun və havalandırma sisteminin quraşdırılmasını məqsədəuyğun hesab edirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »