Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb: Vəziyyəti kritikdir

Oktyabrın 29-da piyada xəttindən keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb.

Bu barədə Bizimyol.info-ya həkim Adil Qeybulla bildirib.

Adil Qeybulla Adil Qeybulla

O, deyib ki, O.Güləliyev əməliyyat oldunduğu “City Hospital”dan çıxarılaraq Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb: “Bu xəstəxanadan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə həkimlər gəlmişdi. Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsi spesfik şöbədir. Orada da bizim nəzarətimiz altındadır. Kritik dövr keçməyib. Geriyə dəyişiklik yoxdur”.

Qeyd edək ki, O. Gülalıyevin düşdüyü qəza 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü Kənan Abdullayev tərəfindən törədilib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »