Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmira Süleymanova: "Prezidentin rəsmi qərarını gözləyirəm"

"İşdən azad olunmağımla bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözləyirəm".

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova jurnalistlərə açıqlamasında sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

E.Süleymanova bildirib ki, sosial şəbəkələrdə onun adının hallandırılması başqa bir məsələdir:

“Mən bu mövzuda danışmıram, çünki görürəm ki, kimsə səmimi söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi.

Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyim ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”.(oxu. az)

Son xəbərlər
Bütün xəbərlər »