Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Prezident Administrasiyasına rəhbər təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Samir Nuriyev

Bizimyol.info xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə S.Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Ramiz Mehdiyev Ramiz Mehdiyev

Qeyd edək ki, Ramiz Mehdiyev oktyabrın 23-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub.

Samir Nuriyev 1975-ci ildə Bakıda anadan olub. O, 1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Evlidir, iki uşaq atasıdır.

Son xəbərlər
Bütün xəbərlər »