Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Məni güllələsələr, Melaniya ağlamaz"

ABŞ prezidenti Donald Tramp, qatıldığı fandreyzing (yardım) gecəsində dediyi sözlər sosial mediada gündəmin əsas mövzularından birinə çevilib.

Bizimyol.info xəbər verir ki, Tramp həyat yoldaşının onun üçün ağlamayacağını bəyan edib. Belə ki, həmin gecə ölkə başçısı ABŞ-ın konqresmeni Stiv Skalis güllələndikdən sonra onun həyat yoldaşı ilə xəstəxanada qarşılaşmasından danışıb: "O bədbəxt gün mən onu görəndə, ağlamaqdan gözləri şişmişdi. Hər qadın bu reaksiyanı verməz. Bilirəm, Melaniya da mənim güllələnməyimi bu cür qarşılamaz".

Qeyd edək ki, ötən il Trampın adı pornoqrafik filmlərində yer alan Stormi Denielslə birlikdə hallanıb. Tez-tez görüntülənən Melaniya Trampın isə gərgin olduğu müşahidə olunub.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »