Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantlar Böyük Britaniyaya soyuducuda keçməyə cəhd göstərdi

Afrikalı, asiyalı miqrantlar Avropaya hər üsulla yol tapmağa çalışır. Afrika ölkələrindən gələnlər hətta su hövzələrində boğulmağı da gözardı edir.

Bizimyol.info xəbər verir ki, miqrantlar Avropada daha çox Böyük Britaniyaya can atır. Bu gün belə məqsədlə Belçikaya gələn 12 miqrant saxlanılıb. Onlar yük maşınlarından birinin tərəvəz üçün nəzərdə tutulan soyuducu kamerasına keçməyi bacarıblar. Amma sürücü avtomobilin arxa hissəsində adam olmasından duyuq düşüb. O, dərhal polisə məlumat verib.

Saxlanılanlar Belçikaya Suriya və Sudandan gəldiklərini bildirib. İndi onlarla Oud-Tyurnhautdakı əcnəbilərlə iş üzrə xüsusi idarə məşğul olur.

Miqrantların Böyük Britaniyaya soyuducuda keçmək cəhdi ilk deyil. Bir neçə gün əvvəl Fransada 8 miqrant bu risk üzündən həyatını itirmişdi. Onlardan 4-ü uşaq olub.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »