Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In düşməninə başsağlığı verdi: Məktubu əlbəəl təhvil verdilər

KXDR ilə Cənubi Koreyanın münasibətləri hamıya məlumdur. Düşmən münasibət illərdir davam edir. Xüsusilə Şimali Koreya cənubdan yalnız zərər gələ biləcəyini düşünür.

Bizimyol.info xəbər verir ki, KXDR rəhbəri Kim Çen In düşməninə başsağlığı verib. O, Cənubi Koreya prezidenti Mun Çje İnin anasının vəfatından kədərləndiyini bildirib. Şimali Koreya lideri həmkarına başsağlığı məktubu göndərib.

Prezidentin anası Kan Xan Ok uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. Qadın 92 yaşında həyatla vidalaşıb.

Kim Çen Inın məktubu qonşu-düşmən ölkəyə klassik yolla çatdırılıb. Zərfi iki ölkə arasındakı Pxanmuncon neytral məntəqəsində əlbəəl təhvil veriblər.

Son xəbərlər
Bütün xəbərlər »