Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adnan Oktarın məhkəməsində 3 məşhur müğənninin adı çəkildi

Keçən ilin yayında Türkiyədə qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı əməllər törətməkdə ittiham olunaraq həbsə atılan din xadimi Adnan Oktarın məhkəməsində hər dəfə maraqlı detallar üzə çıxır.

Bu dəfə onun “kedicik”lərindən biri 3 məşhur müğənninin adını çəkib.

Bizimyol.info xəbər verir ki, Adnan Oktarın məhkəməsində Muazzez Ersoyun, Kibariyenin və Seda Sayanın adları çəkilib. Adnan Oktarın “kedicik”lərindən olan Alev Babuna həmin müğənnilərin din xadimi ilə yaxşı münasibətləri olduğunu bildirib.

“Muazzez Ersoy Adnan bəyi çox sevərdi. Kibariye ona “aşkitom” deyərdi. Seda Sayan qucaqlayırdı, öpürdü, “aşkım, bəbəyim, ruhum, həyatım” deyirdi”, - Alev Babuna belə deyib.

“Kedicik” özünü günahkar saymadığını bildirib. O, Adnan Oktarı 32 ildir tanıdığını, din xadiminə güvəndiyini söyləyib.

Alev Babuna başqa müğənnilərin də adını çəkib. “Kedicik” Adnan Oktarın Müslüm Gürsəsə xəstə olduğu vaxt kömək etdiyini bildirib.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »