Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ çətənə istehsalından necə gəlir götürürdü

Rusiya imperiyası bir vaxtlar bütün Avropanı çətənə ilə təmin edirdi.

Hər il köhnə qitəyə 40 ton çətənə göndərilirdi. Amma o vaxt bu bitki hələ narkotik vasitə sayılmırdı. Çətənə lifinə çox ehtiyac vardı.

Bizimyol.info xəbər verir ki, sonradan SSRİ də çətənə istehsalından böyük gəlir götürməyə başladı. Hər yerdə bunun təbliğatı gedirdi. Çətənə istehsalında qabaqcıllara Sosialist Əməyi Qəhrəmanı adı verilirdi. İstehsalın coğrafiyası Sibirə qədər uzanmışdı.

Çətənənin tarixi çox uzağa gedib çıxır. Hələ qədim Çində bundan kağız hazırlanırdı. Alman tipoqraf İohann Qutenberq “İncil”i çətənə kağızından nəşr etdirmişdi. “Levi's” cinsləri çətənə lifi sayəsində istehsal edilirdi. Hətta Van Qoq və Rembrandt kimi dahi rəssamlar bu bitkidən düzəldilən parçaların üzərində şedevr yaradırdı.

SSRİ-də də böyük həvəsə düşmüşdülər. Liderlik Belarus və Ukraynada idi. Sonradan çətənə yarışına Qazaxıstan, Qırğızıstan və Şimali Qafqaz da qoşuldu. İşləri 1960-cı ilin axırlarında çətənənin narkotik vasitə sayılması korladı. Bir il sonra BMT-də bununla bağlı vahid konvensiya qəbul edildi. SSRİ-də çətənə az gözə dəyməyə başladı. İstehsal kəskin aşağı düşdü. Ayrı-ayrı həyətyanı sahədə adamların çətənə yetişdirilməsinin qarşısı alındı. Beləcə, SSRİ böyük gəlirlərdən məhrum oldu.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »