Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maşın vuran hüquq müdafiəçisinin son durumu necədir – Video

Bizimyol.info-nun əməkdaşı oktyabrın 29-u avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin son durumu ilə bağlı maraqlanmaq üçün onun əməliyyat olunduğu xəstəxanada olub.

Hüquq müdafəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva açıqlamasında iddia edib ki, Oktay Gülalıyevə qarşı sui-qəsd planı nəticəsində avtomobillə vurulub: “Hadisə yerindən Oktay Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Oradan isə “City Hospital”a gətirilib. Burada əməliyyat gecikdir. Çünki 1 saylı Kliniki Tibbi Mərkəz MRT-nin nəticəsini bu xəstəxanaya vermədi. Ona görə də, 12 saat gözlədilər və ondan sonra təkrar MRT elədilər ki qansızmanın yerini müəyyənləşdirsinlər”.

Oqtay Güləliyev və Firuzə Gülalıyeva Oqtay Güləliyev və Firuzə Gülalıyeva

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oktay Gülalıyevİ vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Yol qəzası keçirmiş hüquq müdafiəçisi Oktay Gülalıyevin son durumu ilə bağlı hazırladığımız reportajı təqdim edirik:

Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »