Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda iki sərnişin avtobusu toqquşdu

Bir neçə dəqiqə əvvəl Bakıda 49 saylı sərnişin avtobusu ilə 106 saylı sərnişin avtobusu toqquşub. Hadisə Yeni Ramana yolunda, Pedaqoji Kollecin yaxınlığında baş verib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə nəticəsində ilkin məlumatlara görə 7 nəfər yaralanıb. Onlar təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına gətirilib. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 dövlət qeydiyyat nişanlı) avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »