Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan peyk telekommunikasiya xidmətlərindən iqtisadi dividend əldə edir”- Açıqlama

Bakı 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Bizimyol.info xəbər verir ki, Dövlət başçısı Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarını yüksək qiymətləndirib:

“Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir ...“Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər. Bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib.

Deputat Elman Nəsirov Bizimyol.info saytına bildirib ki, Azərbaycan artıq peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri göstərir, bunun qarşılığında iqtisadi divident əldə edir: Belə bir mötəbər tədbirin paytaxt Bakıda keçirilməsi dünya birliyinin diqqətini növbəti dəfə Azərbaycana yönəldəcək. Əgər bizi neft-qaz ölkəsi, multikulturalizm və tolerantlıq məkanı, sabitlik, əmin-amanlıq, təhlükəsizlik adası kimi tanıyırdılarsa, bu hadisə ilə Azərbaycan dünyanın yeni elmi tendensiyalarına, innovasiyaya, elmi-texniki tərəqqiyə diqqət ayıran ölkə kimi də tanınacaq.

Son statistikaya görə, təkcə cari ilin yanvar-sentyabr aylarında "Azərkosmos” ASC tərəfindən 24 ölkəyə, o cümlədən ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya və Birləşmiş Ərəb Əmirliklərinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac olunub. "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. Bu ilin sentyabr ayında isə ASC 20 ölkəyə 2,2 milyon dollarlıq xidmət ixrac edib. Bütün bu sadalanan faktları nəzərə alaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edə biləcəyini müsbət hadisə kimi dəyərləndirir, ölkəmizin haqqı sayıram”.

Qeyd edək ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu Beynəlxalq Astronavtika Federasiyası (BAF) kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq qurumdur. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi (BAK) təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünya kosmos ictimaiyyətinin altı mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »