Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərəli iş adamları Azərbaycanda məmurlara rüşvət veriblər

Unaoil neft-qaz şirkətinin keçmiş işçiləri Cayrus Axsani və Saman Axsani özlərini Qazaxıstanda, Azərbaycanda və bir sıra digər ölkələrdə dövlət məmurlarına rüşvət verdiklərinə görə günahkar bildiklərini etiraf ediblər.

Bizimyol.info xəbər verir ki,  bu barədə 31 oktyabrda “Reuters” ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

İngiltərə vətəndaşlarının 20 aprel 2020-ci ildə mühakimə olunacaqları gözlənilir. Hər iki iş adamı Xarici Korrupsiya Qanununu (FCPA) pozmaqda şübhəli bilinir.

Qeyd olunur ki, avqust ayında, əvvəllər Unaoil-də biznesin inkişafı direktoru vəzifəsində çalışmış 50 yaşlı İngiltərə vətəndaşı Stiven Hunter də bu qanunu pozduğunu etiraf edib.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, Ansanilər Əlcəzair, Anqola, Azərbaycan, Konqo, İran, İraq, Qazaxıstan, Liviya və Suriyadakı hökumət rəsmilərinə 1999-cu ildən 2016-cı ilə qədər rüşvət verdiklərini boyunlarına alıblar.(virtualaz.org)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
Son xəbərlər
Bütün xəbərlər »