Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarkisyan: "Qarabağ danışıqlarına görə, həbs olunmağa da razıyam"

“Mən özümə görə heç nədən qorxmuram. Amma məsuliyyətsiz populistlərin ölkəni fəlakətə aparan siyasətlərindən hələ də qorxuram”

Bizimyol.info xəbər verir ki, erməni mətbuatının məlumatına görə, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Andranik Markaryan siyasi məktəbində sertifikatların təqdimetmə mərasimindən sonra məzunlardan birinin sualını cavablandırarkən deyib.

S.Sarkisyan həbs edilməkdən qorxmadığını bildirib: “Əgər mənim həbsim xalqımızı razı və xoşbəxt edəcəksə, 1 mart, 27 oktyabr hadisələri tam açıqlanmış sayılacaqsa, ölkəmiziə qarşı təhdidlər zərərsizləşdiriləcəksə, Qarabağla bağlı danışıqlar düzgün istiqamətə qayıdacaqsa, qoy məni həbs etsinlər. Mən qərarlarını dəyişən insanlardan deyiləm, heç vaxt qərarımı dəyişməmişəm. Əgər cəmiyyətdə olmamağım geniş iqtisadi inqilaba gətirəcəksə, Ermənistana qayıdanların sayını o qədər artıracaqsa, biz bununla sadəcə qürur duyacağıq, o zaman məni həbs etsinlər”.

Keçmiş prezident əlavə edib ki, Ermənistan vətəndaşları ilə sadə və səmimi bir söhbət edəcəyini vəd vermişdi, artıq həmin müddət yaxınlaşır.(virtualaz.org)

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »