Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İgidliyə görə" medalı alan qazimiz iş axtarır

2016-cı aprel döyüşlərində şücaətlik göstərən qazi Vüsal Paşazadə iş axtarır.

Bu barədə sosial şəbəkədə məlumat verən "aprel döyüşləri" qazisi Hikmət Məmmədov bildirib ki, Vüsal təzəliklə ata olub və işə ehtiyacı var.

"Dəyərli qazimiz Paşazadə Vüsal Ədalət oğlu xidmət dövründə - 2015-ci ildə və 2016-cı ilin aprel döyüşlərində Lələtəpə əməliyyatı zamanı iki dəfə yaralanıb. Cənab Prezident tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub. Qazimizin Zeynəb adlı qız övladı dünyaya gəlib. Vüsal qardaşımızın maddi durumu çox pisdir, pul istəmir. Evi yoxdur, ev istəmir. Onun ailəsini, gözəl balasını saxlamaq üçün işə ehtiyacı var. Hətta fəhləlik etməyə də hazırdır".

O,  Vüsal Paşazadənin əlaqə telefonunun paylaşıb ( 050 247 22 66) paylaşaraq imkanlı insanları kömək etməyə çağırıb.

Bizimyol.info olaraq igid qazimiz Vüsal Paşazadə ilə əlaqə saxladıq. O bildirdi ki, uzun müddət xüsusi təyinatlı dəstənin döyüşçüsü olub, peşəkar hərbçidir. Əslində şikayəti yoxdur, dövlət ona müavinət verir. Amma övladı dünyaya gəldiyinə görə işləmək istəyir.

“Mən iki dəfə yaralanmışam. Qolumdan yaralanmışdım və bir də kontuziya almışdım. Ammma işlək gücüm var. İstəmirəm şikayət edim. Amma işləmək məcburiyyətindəyəm. Mühafizə xidməti və bu kimi işlərdə yararlı ola biləcəyimi hesab edirəm”,- deyən qazi əlavə edib ki, hazırda yaşadığı Beyləqan rayonundan Bakıya gəlib və qohumlarının evində qalır. Ümid edirik, qəhərmanımızın iş tapmasına kömək edən insanlar olacaq.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »