Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hökumət ölkəni çuxura doğru aparır - vətəndaşın borc yükü artır” - Açıqlama

“Əhalinin kredit təşkilatlarına borcu bu ilin 9 ayında 1 milyard manata yaxın, 20 ayda isə 1,8 milyard manata yaxın artaraq 6 milyard 292 milyon manata çatıb.

Sentyabrın sonunda 14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 6 milyard 292 milyon manatını və ya 44,2%-ni ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) təşkil edib.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində kredit təşkilatlarının cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat olub və təsəvvür edin ki, istehlak kreditləri 972 milyon manat, real sektora verilən kreditlər isə cəmi 251 milyon manat artıb”.

Natiq Cəfərli Natiq Cəfərli

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərlinin sözlərinə görə, yaranmış vəziyyət o deməkdir ki, ölkə xəstə iqtisadi modeldən əl çəkə bilmir, kiçik həcmli iqtisadi böyümə ya büdcə xərcləri, ya da istehkak kreditləri hesabına baş verir. Bu model 2015-də ölkəni çökdürdü, devalvasiyaya və iqtisadiyyatın daralmasına, yoxsulluğun artmasına səbəb oldu, problemli kreditlər artdı, inflyasiya yüksəkdi.

“İndi də hökumət ölkəni eyni çuxura doğru aparır - vətəndaşın kredit yükü artır, borcu çoxalır, iqtisadiyyat büdcə xərclərinə və kreditlə artan ticarət dövriyyəsinə söykənir - amma söykəndiyi bu iki "divar" da çürükdü, kövrəkdi, hər an uçma təhkükəsi var.

Bu vəziyyət bir daha sübut edir ki, iqtisadiyyatda illərdir yaranan problemləri tək iqtisadi addımlarla düzəltmək mümkün deyil - idarəetmənin fəlsəfəsi, baxışı, yanaşması dəyişməsə, sistem islahatları olmasa, qanunun aliliyi təmin edilməsə lap 5 suppernazirlik yaradılsa da heç nə dəyişməyəcək”,- deyə o qeyd edib.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
Son xəbərlər
Bütün xəbərlər »