Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalqımızın qanına əli bulaşmış şəxsin yubileyi Bakıda niyə keçirilib - Açıqlama

Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi açılıb.

Bir neçə gün davam edəcək sərgidə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin arxivindən unikal sənədlər və fotoşəkillər təqdim olunur. Yevgeni Maksimoviç Primakov sovet və Rusiya siyasətinə mühüm töhfələr verən tanınmış siyasətçi kimi təqdim olunur.

Yevgeni Primakov Yevgeni Primakovun Bakıda yubileyi

Maraqlıdır ki, 20 Yanvar facisində əli xalqımızın qanına bulaşmış bu adamın yubileyi Bakı Slavyan Unuversitetində də qeyd olunub, onun həyatı barədə esse müsabiqəsi də keçirilib. Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

Məsələ ilə əlaqədar Bizimyol.info-ya açıqlama verən Fazil Mustafa bildirib ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində bu tədbirin keçirilməsinə bir sön demək olmaz. Ən azından Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün. Lakin Slavyan Universitetində Azərbaycan xalqının qatili olmuş bir adamın yubileyinin keçirilməzi anlaşılmazdır.

“İndi o tələbələrə nə deyəcəklər? 20 Yanvar qatilinin yubileyini qeyd edirik deyəcəklər? Bizim belə məntiqsiz yanaşmamız var. Biz nəyi harda edəcəyimizi bilməyən millətik, ona görə belə sıxıntılar yaşayırıq. Gətirib milli qəhrəman da eəsinlər onu. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzini başa düdşük, rus səfirliyini başa düşdük, amma universietə nə olub? Bu absurddur. Bu düşündürücü məsələdir.Bu siyasi savadsızlığın göstəricisidir”.

Məsələnin Milli Məclisdə müzakirə olunub-olunmayacağı barədə sualımıza millət vəkili dəqiq cavab verə bilmədi. O qeyd etdi ki, ola bilsin ki bu məsələ parlamentin iclasında qaldırılsın.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »