Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Puşkinin mənzilini satırlar

Sankt-Peterburqda 100 kvadratmetrlik mənzil satışa çıxarılıb. Amma bu elə-belə mənzil deyil. Vaxtilə məşhur rus şairi Aleksandr Puşkin burada yaşayıb.

Bizimyol.info xəbər verir ki, Sankt-Peterburqda satışa çıxarılan mənzildə 1834-1836-cı illərdə Puşkin bir neçə məşhur əsərini yaradıb. Şair burada dəfələrlə başqa bir dahi Nikolay Qoqol ilə görüşüb.

İndi mənzilin interyeri xeyli dəyişib. Puşkinə iki il qucaq açmış ev üçotaqlı mənizlə çevrilib. Tavanın hündürlüyü yerində qalıb (4,5 metr).

Mənzili 55 milyon rubla (təxminən 858 min dollar) satırlar. Qiymətə iki avtomobil üçün qaraj yeri də daxildir.

Keçən il rus yazıçı Maksim Qorkinin də evi satışa çıxarılmışdı. Buna 11,5 milyon rubl (təxminən 179 min dollar) qiymət qoyulmuşdu.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »