Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan istefasını istədi, millət vəkili AKP-dən getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istefasını istədiyi İstanbul millət vəkili Mustafa Yeneroğlu AKP-dən ayrılıb.

Yeneroğlu istefasını Ərdoğanın çağırışından sonra verdiyini deyib:

Mustafa Yeneroğlu Mustafa Yeneroğlu

“Doğru hesab etdiyim hər şeyi ictimaiyyətlə bölüşdüm. Siyasətə 7 iyun 2015-ci il seçkiləriylə Prezidentin dəvəti ilə qoşuldum. 2-3 ildir ki, partiyamın siyasi işlərində bir çox narahatlıq keçirdiyimi, insan haqlarının pozulması, demokratik qurumların ziyan görməsi ilə bağlı fikirlərimi ictimaiyyətlə paylaşdım. Türkiyənin demokratikləşməsi dövründə qarşı-qarşıya qaldığımız problemlər oldu.

Partiyanın son 2 iclasına problemlərin həllinə ümid etmədiyim üçün qatılmadım. 28 oktyabr tarixində AKP-dən istefa verdim. Bu addımı partiyanın baş katibi ilə görüşdən sonra atdım. Mənə Prezidentimizin partiyadan istefa etməyimi istədiyi deyildi”. (Qafqazinfo. az)

Son xəbərlər
Bütün xəbərlər »