Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncənin icra başçısını güllələyən şəxsin istintaqı başa çatdı

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis Qasım Aşpazova sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun işi üzrə ibtidai istintaq başa çatıb.

Bizimyol.info xəbər verir ki, cinayət işinin materialları yaxın vaxtlarda araşdırılması üçün məhkəməyə göndəriləcək.

Y.Səfərov məhkəmə qarşısında tək dayanmayacaq. Hamlet Abdullayev, Firudin Zeynalov və başqaları da onunla birlikdə mühakimə olunacaq. 192006068 nömrəli bu cinayət işi üzrə ümumilikdə 12 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Lakin onlardan bir neçəsinin adı təqsirləndirilən şəxslər sırasına daxil edilsə də, özləri 2018-ci ilin yayında onların tutulması üçün keçirilən əməliyyatlar zamanı öldürülüblər. Onların arasında Ağa Sərxani, Anar Bağırov da var.

Yunis Səfərov Yunis Səfərov

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onun konstitusion quruluşunu dəyişmə), 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama), 232 (odlu silahı talama və ya hədə-qorxu ilə tələb etmə) 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) 283 (dini nifrət və düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə), 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri də daxil olmaqla, ümumilikdə 35-ə qədər maddə ilə ittihamlar irəli sürülüb.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› Atatürkə qarşı böyük hörmətsizlik
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »