Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Donbası Kiyevə qaytarmaq üçün üç mərhələdən keçməliyik"

Silahlı qarşıdurmanın beynəlxalq təcrübəsi sübut edir ki, müharibənin uğurla başa çatması üçün üç əsas mərhələ yekunlaşdırılmalıdır. Bunlar atəşkəs, insanların barışığı və təhlükəsizliyin təmin edilməsidir.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Mariupolda keçirilən forumda deyib.

Prezident bildirib: “Birinci mərhələ - atəşkəs başa çatmaq üzrədir. Əminik ki, yaxın gələcəkdə buna nail olacağıq. Həqiqətən bunu istəyirik. İkinci mərhələ - insanlar arasında barışığın, birgəyaşayışın təmini üçün vaxt lazımdır. Bu, çox mürəkkəb və həssas prosesdir. Bir ehtiyatsız hərəkət, bir yanlış bəyanat hər şeyin üstündən xətt çəkə bilər və münaqişənin qaynar mərhələsini bərpa edər. Buna görə medianın istifadə etdiyi ritorikanın rolu bu məsələlərdə vacibdir”.

Zelenski vurğulayıb ki, bu üç mərhələ dövlət, cəmiyyət və hər bir Ukrayna vətəndaşı ilə birlikdə keçilməlidir: “Beşillik müharibədən sonra nəhayət, Donbas və Krımın təhlükəsiz reinteqrasiyası üçün bir dövlət strategiyası ortaya qoyulmalıdır”. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »