Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
300 milyon insan dəniz suyu altında qala bilər

Dəniz suyu səviyyəsinin yüksəlməsi 300 milyon insanın həyatını təhlükə altında qoyur.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Nature Communication-da yayımlanan araşdırmanın nəticəsinə görə dəniz suyu səviyyəsinin yüksəlməsi nəticəsində 2050-ci ilə qədər sahilyanı ərazilərə yaxın yerlərdə yaşayan 300 milyon insan su altında qalacaq. Risk altında olan insanların 237 milyonu Asiya qitəsində yaşayanlardır.

Misirin İskəndəriyyə, İraqın Bəsrə şəhərlərinin də böyük bir hissəsi sular altında qalacaq ərazilər kimi qeyd olunub. Eyni zamanda Vyetnamın cənub bölgəsinin 2050-ci ilə qədər tamamilə su altında qalacağı bildirilib. Sular altında qalacağı deyilərək diqqət çəkən ərazilər arasında Hindistanın Mumbay, Çinin Şangay, Taylandın Bangkok şəhərləri də var.

Qeyd edək ki, nəticəni açıqlayan mütəxəssislər həmin ərazilərdə yaşayan insanaların ərazi dəyişməli olduqlarına diqqət çəkiblər.

Aləmdə

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »