Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət mitinqi şəhərin mərkəzində keçirməkdə israrlıdır

Milli Şuranın mitinq müraciətinə verilən cavabda göstərilən yerlə razı olmayanlar var.

Bizimyol.info xəbər verir ki, Milli Şuranın 2 noyabr mitinqinə cavab verilib. Cavbda məkan olaraq Lökbatan ərzisində keçirilməsinə razılıq verilsə də, mitinqçilər bununla razılaşmadıqlarını bildirirlər.

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim deyib ki, onlara verilən cavabdan asılı olmayaraq Milli Şura aksiyanı şəhərin mərkəzində keçirəcək. O, AXCP sədri Əli Kərimliyə istinadən bildirib ki, Lökbatan qəsəbəsinə getməyəcəklər.

Əli Kərimli Əli Kərimli

Eyni zamanda keçmiş AXCP sədr müavini Fuad Qəhrəmanlı da öz facebook hesabından belə bir paylaşım edib: "Yenə eyni cavab, ölkəni qarşıdurmaya sürükləyirlər. Milli Şuranın mitinq müraciətinə Lökbatan cavabı verildi. Yəni yox. Bu o deməkdir ki, mitinq 2 noyabr saat 3- də 28 May metrosunun qarşısında keçriləcək".

Fuad Qəhrəmanlı Fuad Qəhrəmanlı

Aləmdə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »