Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatların nəyi var, nəyi yox...

Son günlər deputatlarımızın elə öz dillərindən çıxan ifadələr qanadlı sözə dönüb, aforizm kimi havada uçuşmağa başlayıb. Dövlət başçısının həyata keçirdiyi kadr isahatları və 70 yaşdan yuxarı olan məmurları könüllü şəkildə istefa verməyə dəvət etməsi millət vəkilləri arasında gümrahlıq yarışının başlanması və yaş barədə müzakirələrin açılmasına səbəb oldu.

Bir çoxları səhər idman etməsindən, üzməsindən, boksyor olmasından, qaça–qaça cavan oğlana çevrilməsindən danışdı. Bəzi deputatlarımız isə yaşın deputat seilməklə əlaqəsi olmadığını söylədilər. Borc götürdüyünə görə depuatat vəsiəqsini girov qoyub, sonra da istefa verməli olan Rəfail Cəbrayılov, Milli Məclisin komitə iclasında çıxış edərkən nə dediyi anlaşılmayan Xanhüseyn Kazımlı, milyonları olduğu hesab edilən onlarla depuata barədə yazılanalar və bir neçə belə kuryoz hadisələr deputat olmanın nə demək olması barədə yalnış təsəvvürlər yaratdı. Ölkə qanunvericiliyinə əsasən deputat olmaq nə deməkdir? Hansı səlahiyyətləri var. Nəyi var nə yi yox? Bizimyol.info bu barədə danışır.

Birincisi deputatın şəxsi biznes fəaliyəti ilə məşğul olmaq hüququ yoxdur.

Deputatın aşağıdakı səlahiyyətləri vardır:

Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;

Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək;

qanunvericilik təşəbbüsünü həyata keçirmək;

deputat sorğusu vermək;

məlumat almaq və yaymaq;

toxunulmaz olmaq;

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;

vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

Deputat aşağıdakı formalarda fəaliyyət göstərir:

Milli Məclisin iclaslarında iştirak edir;

Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir;

Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir;

deputat sorğuları verir;

seçicilərlə iş aparır.

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır.Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə - hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər. Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.

Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərtilə), prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər. Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Milli Məclisin sədri 1950 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Deputatın fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun köməkçiləri ola bilər. Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır. Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Deputat səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur. Deputatın təhlükəsizliyinə dövlət təminat verir.

Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »