Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyoner iş qadınını öldürüb soyducuda betonla basdırdılar - Foto

58 yaşlı Taylandlı iş qadınını öldürüb betonla basdırdılar.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, 18 oktyabrdan qeyb olmuşTaylandlı iş qadınının axtarışları nəticə verib. Dəhşətli gerçək polis araşdırması nəticəsində ortaya çıxıb. Belə ki, milyoner qadının axtarışları yaxınlarının polisə müraciəti ilə başlayıb. Polis evdəki qəribə qoxunun izinə düşərək içinə sement tökülmüş və üstü betonla örtülmüş soyducudan şübhələnib.

Şübhələrində yanılmayan polislər betonu qıraraq iş qadınının cəsədini aşkara çıxara bilib. Daha sonra məlum olub ki, qadının kredit kartları oğurlanıb, hesabından milyonlarla pul çıxardılıb. Qeyd edək ki, şübhəli qismində qadının ən son birlikdə göründüyü 39 yaşlı dostu axtarılır.

Aləmdə

Bizimyol.info

Milyoner qadını öldürüb betonladı

Son xəbərlər
Bütün xəbərlər »