Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maqnit” mağazalar şəbəkəsinin mərkəzi filialı Azərbaycan Konstitusiyasıdır ya məhkəmə?

Bizimyol.info-ya şikayətlə müraciət edən Əfsanə Qəmərli “Maqnit” mağazalar şəbəkəsinin Gəncə filialının onları incitdiyini iddia edib.

Xanım Qəmərli deyir ki, bu ilin iyul ayında anası Zərrin Əsədova “Maqnit”in Gəncə şəhərində yerləşən filialından kondisioner alıb. Elə alınan gün kondisionerin nasaz olduğu üzə çıxıb və mağaza malı geri alıb, onu yenisi ilə əvəz edib. Yeni kondisioner bir il zəmanətlə alınıb və ayda 80 manat kredit ödənişi edilir. Lakin Zərrin Əsədovanın dediyinə görə, kondisioner 20 gün işləyəndən sonra daha soyutmayıb. Mağazadan usta və nümayəndələr gəlsə də, deyiblər ki, kondisioner işləyir. Ev sahibi deyir ki, bəli, motoru işləyir, amma soyutmur. Əslində kondisionerin işinin adı da soyutmaq olmalıdır, motorunun işləməsi yox.

Məsələ ilə əlaqədar mağazanın müdiri İsmayıl Abbasla əlaqə saxladıq. İsmayıl Abbas şikayəti dinlədikdən sonra qeyd etdi ki, məsələdən xəbərdardır.

“Biz usta ilə, digər əlaqədar nümayəndələrlə o evə gedib yerində baxmışıq. Kondisioner işlək vəziyyətdədir. Sadəcə bu adamların psixoloji problemi var, başa sala bilmirik ki, qış olduğu üçün siz kondisionerin sərinlətdiyini hiss edə bilmirsiniz. Evin temperaturu ilə çölün temperaturu eyni olanda sərinliyi hiss etmək olmur”.

Düzdür İsmayıl Abbasın bu iddiası bir az absurd səslənir. Birincisi hələ qış deyil, ikincisi də kondisioner qışda da soyudur. Lakin o məsələnin məhkəmdə həll olunmasının tərəfdarıdır. Çünki özündən də, satdığı malın keyfiyyətidən də əmindir.

Belə durumda istehlakçı hüquqları nə deyir. İstehlakçı hüquqları deyir ki, müştəri hər zaman haqlıdır. Və mal da zəmanətlə alınıbsa, zəmanət şərtlərinə əsasən nasaz texnika dəyişdirilməlidir. Mağazadan əldə etdiyimiz məlumata görə, indi onlar Bakıdakı mərkəzi filialın məsələyə nə deyəcəyini gözləyirlər. Mərkəz “hə” desə, kondisioner dəyişdiriləcək. Anlamadıq, “Maqnit”-in mərkəzi filialı Azərbaycan Konstitusiyasıdır ya məhkəmə?

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »