Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köməksiz qadın özünə keysəriyyə əməliyyatı etdi - Foto

İnes Ramires 1960-cı ildə Meksikanın Oahaka ştatında anadan olub. Onun təhsil alıb-almadığı və necə böyüdüyü haqda heç bir məlumat yoxdur. Lakin, İnes Meksikalı hinduların dilində, yəni Sapotek dilində danışır.

40 yaşınadək, İnesin 9 hamiləliyi və 7 uşağı olub. İnes sonuncu, 8-ci uşağını doğum anında itirib. İnesin kəndinə ən yaxın tibb məntəqəsi isə 80 km məsafədə, İnesin ailəsinin yaşadığı yerdədir. Digər doğumlarında İnesə həyat yoldaşı kömək edib. Lakin, İnes sonuncu dəfə sancılananda, həyat yoldaşı qonşu kənddə olub. Məhz bu səbəbdən İnes bu işin öhdəsindən tək başına gəlməli olub. Doğum prosesində o, nəyinsə yolunda getmədiyini hiss edərək, tezliklə huşunu itirərək özünün də, doğulmamış uşağının da öləcəyini anlayıb. Beləliklə, İnes özünə keysəriyyə əməliyyatı etmək qərarına gəlib. Maraqlısı da odur ki, İnes daha öncə bu əməliyyatın necə edildiyini, və ümumiyyətlə bu əməliyyatın mövcud olduğunu bilməyib. İnes, Anesteziya əvəzinə 3 stəkan likör (spirtli içki) qəbul edib. Daha sonda o, 15 sm-lik mətbəx bıçağını əlinə alaraq əməliyyata başlayıb və uşağını xilas edib. 3-cü cəhddən sonra istəyinə nail olan İnes çox qan itirdiyinə görə huşunu itirib. Ayıldıqda o, 6 yaşlı digər uşağını həkim çağırmağa göndərib. Qadının köməyinə əsasən heyvanları müalicə edən həkim gəlib. Həkim, İnesin qarın nahiyyəsinə tikişlər ataraq onun tezliklə xəstəxanaya, daha təcrübəli həkimlərin yanına getməli olduğunu bildirib.

İnes Ramires - Özünə keysəriyyə edən

İnesi görən həminlər şoka düşüb. Onun da, yeni doğulan körpəsi Orlandonun da sağ qaldığına inana bilməyiblər. Belə ki, İnes həkimlərə, öz keysəriyyə əməliyyatından 16 saat sonra müraciət edə bilib. Cərrahlar İnesi yoxladıqdan sonra onun öz bağırlağını zədələdiyini görüblər. Həkimlərin köməyi ilə sağalan İnes 10 gün sonra evinə, körpəsinin yanına göndərilib.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »